Modern.az

Dünən temperatur normadan 9 dərəcə yüksək olub

Dünən temperatur normadan 9 dərəcə yüksək olub

Ölkə

7 Mart 2023, 17:04

"Dünən Bakıda və Abşeronda temperatur iqlim normasından 9 dərəcə yüksək olub".

 

Bu barədə Modern.az-a Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

 

O qeyd edib ki, bir neçə gündür, ölkə ərazisində küləkli hava şəraitinin müşahidə edilməsinə baxmayaraq yüksək temperatur rejimi qeydə alınıb: "Belə ki, dünən Bakıda və Abşeron yarımadasında temperatur iqlim normasından 9 dərəcə yüksək olub. Bakıda və Abşeron yarımadasında, eləcə də, bəzi bölgələrdə havanın temperaturu 23-28 dərəcəyədək yüksəlib”.

 

G.Məmmədovanın sözlərinə görə, keçən il Yel çərşənbəsində havanın temperaturu iqlim normasından 4 dərəcə yüksək olub: "Çoxillik müşahidə məlumatlarına əsasən, son 10 ilin Yel çərşənbəsində cənub-qərb küləyinin maksimal sürəti 2020-ci ildə 22 m/san-yə çatıb. Abşeronda şimal küləyinin sürəti saniyədə 25 metrə çatıb. Axşam saatlarında isə külək mülayimləşəcək".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım