Tanınmış teleaparıcı Kamran Həsənli siyasi partiyada vəzifəyə təyinat alıb.
Modern.az xəbər verir ki, O, Azərbaycan Yüksəliş Partiyasında (AY partiya) Qafqaz ölkələri və xalqları ilə iş üzrə başqan müavini postuna təyin edilib.
Xəbəri partiyadan təsdiqləyiblər.
Çoxları Kamran Həsənlini aparıcı kimi tanısa da, o, vaxtilə siyasi proseslərdə iştirak edib.
Kamran Həsənli hətta Azərbaycan Xalq Cəbhəsi təşkilatının lideri, mərhum Əbülfəz Elçibəyin milli məsələlər üzrə müşaviri olub.
O, hazırda "Press klub" internet televiziyasında siyasi proqramın aparıcısıdır.