Modern.az

Səfir XİN-ə çağırıldı - İrana etiraz notası verildi

Səfir XİN-ə çağırıldı - İrana etiraz notası verildi

11 Mart 2023, 16:27

İşğaldan azad edilmiş Azərbaycan ərazilərinin yaxınlığında yarım saatdan çox müddət ərzində hərbi təyyarənin uçuşu Azərbaycana qarşı təxribat və qeyri-dost davranışdır.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin yaydığı birgə bəyanatda qeyd olunub.

 

"Xatırlatmaq istərdik ki, İran tərəfi ötən il də Araz çayı boyunca Azərbaycan sərhədləri yaxınlığında genişmiqyaslı hərbi təlimlər keçirmişdi. İran tərəfini bu cür təhrikçi addımına görə şiddətlə qınayır, müvafiq izahat verməyə və gələcəkdə belə təxribatçı addımlardan çəkinməyə çağırırıq. Martın 11-də İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə çağırılıb və ona müvafiq etiraz notası təqdim olunub”, - rəsmi məlumatda deyilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu