Modern.az

İranda itkin düşən tələbədən nə xəbər var? – XİN-dən açıqlama

İranda itkin düşən tələbədən nə xəbər var? – XİN-dən açıqlama

Ölkə

13 Mart 2023, 10:15

Azərbaycanın İrana verdiyi notaya hələ cavab almamışıq.

 

Bunu Modern.az-a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

 

XİN rəsmisi itkin düşən azərbaycanlı tələbə Fərid Səfərli ilə bağlı İrandan məlumat alınmadığını bildirib.

 

"İrana verdiyimiz notaya hələ ki cavab verilməyib. Buna görə də, axtarışlarda son durumla bağlı məlumat yoxdur. Ümid edirik ki, bu gün ərzində bizə cavab verilər".

 

Xatırladaq ki, Almaniyanın Yena Universitetinin tələbəsi 1997-ci il təvəllüdlü Fərid Qabil oğlu Səfərli fevralın 20-də İrana səfərə getdikdən sonra martın 4-dən bəri ondan xəbər alınması mümkün olmayıb. Məlumata aydınlıq gətirilməsi məqsədilə Xarici İşlər Nazirliyi müvafiq olaraq İranın ölkəmizdəki səfirliyinə nota ünvanlayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!