Modern.az

Əli Əsədov Albaniya Prezidenti ilə görüşüb

Əli Əsədov Albaniya Prezidenti ilə görüşüb

Ölkə

13 Mart 2023, 14:40

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov martın 13-də ölkəmizdə səfərdə olan Albaniya Respublikasının Prezidenti Bayram Beqay ilə görüşüb.

 

Bu barədə Modern.az-a Nazirlər Kabinetindən məlumat verilib.

 

Görüşdə X Qlobal Bakı Forumunun əhəmiyyəti vurğulandı, Albaniya Prezidentinin tədbirin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi sessiyasında iştirakı yüksək qiymətləndirildi.

 

Prezident İlham Əliyevin ötən ilin noyabr ayında Albaniyaya dövlət səfərinin iki ölkə arasında əlaqələrin inkişafı baxımından tarixi önəmi qeyd edildi.

 

Azərbaycan-Albaniya əməkdaşlığının bir çox sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olundu, iqtisadi-ticarət, investisiyaların təşviqi, enerji, kənd təsərrüfatı, humanitar və digər istiqamətlərdə əlaqələrin perspektivləri müzakirə edildi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı