Modern.az

Heç kimə vaksin vurulmayıb, ölən yoxdur

Heç kimə vaksin vurulmayıb, ölən yoxdur

Ölkə

13 Mart 2023, 20:54

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 yeni yoluxma faktı qeydə alınıb, 7 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən yoxdur.

 

İndiyədək ümumilikdə 828 946 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 818 590 nəfər müalicə olunaraq sağalıb, 10 144 nəfər vəfat edib, aktiv xəstə sayı 212 nəfərdir.

 

Son sutka ərzində 747, hazırkı dövrədək isə 7 542 059 test aparılıb.

 

1225196

 

Qeyd edək ki, Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.

 

İndiyədək vurulan vaksinlərin ümumi sayı 13 951 443, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 405 069, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 879 493, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 401 118, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 267 763 nəfər təşkil edir.

 

 

1225197

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!