Modern.az

Heydər Əliyevin Prezident təqaüdü verdiyi tələbə indi generaldır - VİDEO

Heydər Əliyevin Prezident təqaüdü verdiyi tələbə indi generaldır - VİDEO

14 Mart 2023, 08:54

Dövlət İmtahan Mərkəzinin (DİM) Elm və Təhsil Nazirliyi ilə birgə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə hazırladığı “İlk Prezident təqaüdçüləri” layihəsinin növbəti iştirakçısı Dövlət Təhlükəsizliyi Xidmətinin baş idarə rəisi, ədliyyə general-mayoru Həsən Mansurov olub.

 

Modern.az xəbər verir ki, H.Mansurov Ulu Öndər Heydər Əliyevin 2002-ci ildə imzaladığı sərəncamla Prezident təqaüdünə layiq görülüb. 

 

O, ali məktəbə qəbul  imtahanında 3-cü ixtisas qrupu üzrə ən yüksək nəticəni göstərib.

 

H.Mansurov Bakı Dövlət Universitetinin Hüquqşunaslıq ixtisasına qəbul olub, Bakı-Türk liseyinin məzunudur. O, daha sonra ən yüksək balla BDU-da magistratura pilləsində təhsil alıb.

 

Əmək fəaliyyətlərinə hüquq-mühafizə orqanlarında başlayan H.Mansurov bir sıra dövlət qurumlarında çalışıb. 

 

Daha ətraflı videoda:

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir