Müsavat başqanı İsa Qəmbər bu gün mətbuat konfransı keçirərək jurnalistlərin suallarını cavablandırıb. Modern.az xəbər verir ki, Müsavat başqanına Milli Şura və onun vahid namizəd məsələsi ilə bağlı çoxsaylı suallar ünvanlanıb.
İ.Qəmbər R.İbrahimbəyovun Milli Şuranın prezidentliyə vahid namizədi olmasına etiraz etmədiklərini bildirib.
“Biz intellektual şəxslərdən birinin Milli Şuranın vahid namizədi olmasına etiraz etmirik. Bu məsələ ilə bağlı qərar müzakirələrdən sonra veriləcək. Ümid edirəm ki, Milli Şuranın sədri Rüstəm İbrahimbəyov Azərbaycana gələndən sonra müzakirələr aparıb qərar vermək mümkün olacaq. Etirazımız olmayacaq, müzakirə edəcəyik”-deyə Müsavat başqanı vurğulayıb.
Modern.az