Modern.az

Türk dünyasının diqqəti Ankarada - Bu gün liderlər görüşəcək

Türk dünyasının diqqəti Ankarada - Bu gün liderlər görüşəcək

16 Mart 2023, 08:20

Bu gün Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının Zirvə Görüşü keçiriləcək.

 

Modern.az xəbər verir ki, Zirvə Görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, müşahidəçi ölkələrin nümayəndələri Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar, Macarıstanın Baş naziri Viktor Orban və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov iştirak edəcəklər.

 

Qeyd edək ki, ötən il Səmərqənd Zirvə toplantısında müşahidəçi statusu alan Şimali Kipr Türk Respublikası liderlərin görüşündə ilk dəfə iştirak edəcək.

 

Məlumata görə, fevralın 6-da baş vermiş dağıdıcı zəlzələlərlə bağlı Türkiyə ilə həmrəylik məqsədilə keçirilən toplantıda fəlakətlər və onların nəticələrilə mübarizədə əməkdaşlığın inkişafı barədə məsələlər müzakirə olunacaq, gündəmdə olan ortaq məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

 

Zirvə Görüşündən sonra mətbuat konfransı keçiriləcək.

 

Bu gün, həmçinin Ankarada Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının da iclası keçiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür