Modern.az

Çavuşoğlu lənkəranlı Mirzə babadan DANIŞDI

Çavuşoğlu lənkəranlı Mirzə babadan DANIŞDI

16 Mart 2023, 10:46

“Azərbaycandan Türkiyəyə təqaüdünü göndərən yaşlı babamızı unutmamışıq”.

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında deyib.

 

O, Türkiyədəki zəlzələnin nəticələrinin aradan qaldırılmasında verdikləri dəstəyə görə TDT-yə üzv dövlətlərə təşəkkür edib.

 

“Gücümüz birliyimizdədir. Türk Dövlətləri Təşkilatı hər birimizin yuxusu idi, indi reallaşdı", - Çavuşoğlu söyləyib.

 

Qeyd edək ki, 87 yaşlı Lənkəran sakin Mirzə Səfərov pensiyasının bir hissəsini Türkiyədə zəlzələdən zərərçəkən ailələrə ianə edib.

 

1226062

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü