Modern.az

Müharibə görünməmiş şok yaradıb - Əli Əsədov

Müharibə görünməmiş şok yaradıb - Əli Əsədov

17 Mart 2023, 11:27

Rusiya və Ukrayna arasında gedən müharibə dünya qida sistemində görünməmiş şok yaradıb.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov bildirib.

 

“Cənab Prezidentin qarşıya qoyduğu hədəflə Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində hədəflərə nail olunub. Bildirim ki, əhalinin əsas ərzaq məhsulları ilə təmin edilməsi üçün işlər görülüb. Buğdalıq taxılın təmin edilməsi üçün 87, 5 milyon manat ayrılıb. Əhaliyə güzəştli kreditlərin verilməsi üçün işlər aparılıb. Sahibkarlığın İnkişafı Fondu tərəfindən verilən güzəştli kreditlərin 69%-i aqrar sektora yönəldilib. 2022-ci il ərzində Prezidentin Sərəncamları (44) ilə regionların sosial-iqtisadi inkişafı üçün dövlət büdcəsindən 208 milyon manat vəsait ayrılıb”, - deyə baş nazir vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi