Modern.az

Azərbaycanda bələdiyyələrin sayı azaldılacaq

Azərbaycanda bələdiyyələrin sayı azaldılacaq

17 Mart 2023, 11:43

Ədliyyə Nazirliyi bələdiyyələrdə islahatlar aparılması üçün Prezident Administrasiyasına müraciət edib.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisdə müzakirəyə çıxarılan Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub.

 

Sənəddə bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə səmərəli bələdiyyə idarəetməsinin həyata keçirilməsi, habelə 2021-ci il üzrə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzənin Milli Məclisdə müzakirəsi zamanı deputatlar tərəfindən ölkəmizdə yerli özünüidarəetmənin mövcud problemləri ilə əlaqədar qaldırılmış məsələlərlə bağlı Ədliyyə Nazirliyi 2022-ci ilin aprel ayında Prezident Administrasiyasına məktub ünvanlayıb. Məktubda ölkənin yerli özünüidarəetmə sistemində islahatların aparılması, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi, bələdiyyələrin sayının azaldılması, onların səlahiyyət və imkanlarının genişləndirilməsi və s. deputatların təklifləri qeyd olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi