Modern.az

Komitə sədrindən hökumətə çağırış - Sənədsiz ev problemi ölü nöqtədən tərpənmir 

Komitə sədrindən hökumətə çağırış - Sənədsiz ev problemi ölü nöqtədən tərpənmir 

Ölkə

17 Mart 2023, 13:20

Milli Məclisdə icazə olmadan tikilən fərdi yaşayış evlərinin sənədləşdirilməsi məsələsi qaldırılıb.

 

Modern.az-ın məlumatına görə, parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Milli Məclisdə hökumətin hesabatının müzakirəsi zamanı bildirib ki, sənədsiz evlərin sayı 500 mindən artıqdır.

 

“Neçə illərdir ki, bu məsələ Milli Məclisdə qaldırılır, hökumət qərarları verilib. Di gəl ki, problem ölü nöqtədən tərpənmir. Problemin vaxtında və əsaslı həll edilməməsi yeni problemlər yaratmaqdadır. Sənədsiz evlər sənədsiz məhəllələrə, sənədsiz məhəllələr sənədsiz qəsəbələrə çevrilməkdədir. Bu ərazilərdə yaşayan on minlərlə insanın qazlaşdırma, su- kanalizasiya, uşaq bağçası, məktəb, xəstəxana, aptek, ictimai nəqliyyat və s. ehtiyacları qarşılana bilmir.

 

Qeydiyyatda olmadıqlarına görə bu vətəndaşlar seçki hüquqlarından istifadə edə bilmirlər. Çox hörmətli cənab baş nazir! Sizdən xahiş edirəm bu məsələnin qısa zamanda həlli üçün tapşırıq verəsiniz və prosesi nəzarətinizə götürəsiniz”, - deyə M.Quliyev qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür