“Bu il buraxılış imtahanlarında “2” alan şagirdlər də qəbul imtahanlarında iştirak edə biləcəklər”. Bu sözləri Modern.az saytına açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat katibi Elnur Nağızadə deyib. O, qeyd edib ki, bu il şagirdlərin attestasiya qaydalarına edilən dəyişikliklərə əsasən, şagirdlərin buraxılış imtahanlarında aldıqları qiymətlər IX sinif şagirdlərinin şəhadətnaməsi, XI sinif şagirdlərinin isə attestatında qeyd olunacaq.
“Buraxılış imtahanlarından “2” alan şagird qəbul imtahanlarında yaxşı nəticə göstərərək ali məktəbdə təhsil almaq hüququ qazana bilər”.