Modern.az

Ceyhun Bayramov Çavuşoğlu ilə danışıqlar apardı

Ceyhun Bayramov Çavuşoğlu ilə danışıqlar apardı

17 Mart 2023, 17:50

Martın 17-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.

 

XİN-dən Modern.az-a verilən məlumata görə, telefon danışığı zamanı xarici işlər nazirləri Azərbaycanla Türkiyə arasında ikitərəfli və regional əməkdaşlıq məsələlərini, habelə beynəxalq təşkilatlar çərçivəsində gündəlikdə duran aktual mövzuları müzakirə ediblər.

 

Tərəflər həmçinin bölgədəki mövcud vəziyyət, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi