Modern.az

Gömrük generalları ev dustaqlığına buraxıldı

Gömrük generalları ev dustaqlığına buraxıldı

Ölkə

18 Mart 2023, 12:10

Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Məsum Rəsulov və Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan “Azərterminalkompleks” birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilov ev dustaqlığına buraxılıb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, Məsum Rəsulov və Ehtiram Xəlilov ittiham olunduqları dövlətə vurulan ziyan məbləğini tam həcmdə dövlət büdcəsinə ödəyiblər.

 

Məhkəmə tərəfindən müdafiəçilərin vəsatətləri təmin edilərək onların barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Hazırda barələrində cinayət işi davam edir.

 

Qeyd edək ki, gömrük generalları külli miqdarda mənimsəmə cinayətlərində təqsirləndirilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK - İran prezidenti Rəisi bu səbəbdən ÖLDÜ