Modern.az

Tezliklə hərbi əməliyyatlar başlaya bilər - ANONS

Tezliklə hərbi əməliyyatlar başlaya bilər - ANONS

18 Mart 2023, 15:23

Son günlər Azərbaycan Ordusunun yeni hərbi əməliyyatlara başlayacağı ilə bağlı xəbərlər yayılıb. Ermənistan mətbuatı və ictimai dairələri guya Azərbaycanın Qarabağa qoşun yığması barədə saxta məlumatları gündəmə gətirərək, həyəcan təbili çalırlar.

 

Belə xəbərlər fonunda qanunsuz erməni silahlı dəstələri Rusiya sülhməramlılarının müşayiəti altında Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə Ermənistandan hərbi daşımalara davam edir. Eyni zamanda erməni separatçıların Azərbaycan Ordusunun mövqelərini atəşə tutması legitim hərbi əməliyyatların başlamasına zəmin yaradır.

 

Bəs Azərbaycan Ordusu tezliklə separatçılara qarşı əməliyyat keçirəcəkmi?

 

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev qeyd edib ki, Azərbaycan Ordusunun Qarabağ ərazisinə qoşun yığması ilə bağlı məlumatlar ermənilərin dezinformasiyasından ibarətdir:

 

"Onların gözündə hərəkət edən hər bir vasitə Azərbaycan Ordusunun hərbi texnikasıdır. Bizim təbii ki, həmin ərazilərdə müəyyən qədər qüvvəmiz var. Onlar əvvəl də orada olublar. Zərurət olduğu zaman yerdəyişmələr olur". 

 

 

Ə.Verdiyev vurğulayıb ki, Qarabağdan silahlı dəstələrin çıxarılması, Zəngəzur dəhlizinin açılmasının ləngiməsi, əhalimizin öz torpaqlarına qayıtmaması Azərbaycanın səbrini daşıra bilər:

 

"Həmçinin, son zamanlar separatçıların təxribatlar törətməsi də əməliyyatların başlamasına gətirib çıxarmaq ehtimalı var. Məncə, Azərbaycan erməni tərəfinin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi üçün çox da genişmiqyaslı olmayan əməliyyatlara başlaya bilər. Zərurət yaranarsa, əməliyyatların genişlənməsinə də şahid ola bilərik.

 

Bildiyimiz kimi, Qazaxın 7 və Naxçıvanın bir kəndi hələ də işğal altındadır. Ermənistanın imzaladığ kapitulyasiya aktı qüvvədədir. Azərbaycan Ordusu Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi üçün addımlar atmağa tam hazırdır. Qeyd etmək istəyirəm ki, əməliyyatlar ən yaxın zamanda başlayacaq. Əgər Ermənistan müqavimət göstərsə, əməliyyatlar Zəngəzur dəhlizinə qədər gənişlənə bilər".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub