Modern.az

COVID-19-a 48 yoluxma var, ölən yoxdur

COVID-19-a 48 yoluxma var, ölən yoxdur

19 Mart 2023, 17:15

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 48 yeni yoluxma faktı qeydə alınıb, 35 nəfər müalicə olunaraq sağalıb.

 

Modern.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

 

İndiyədək ümumilikdə 829 265 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 818 791 nəfər müalicə olunaraq sağalıb, 10 153 nəfər vəfat edib, aktiv xəstə sayı 321 nəfərdir.

 

Son sutka ərzində 912, hazırkı dövrədək isə 7 549 363 test aparılıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır