Modern.az

İran bütün \"qırmızı xətləri\" keçib - ŞƏRH

İran bütün \

23 Mart 2023, 16:56

Son zamanlar İranın Azərbaycana qarşı təxribatları çoxalmağa başlayıb. Yanvar ayında Tehrandakı səfirliyimizə silahlı basqından sonra İran birbaşa ölkəmizə qarşı təxribatçı fəaliyyətini artırıb.

 

İstər sərhədyanı ərazilərdə qırıcı təyyarələrin uçuş etməsi, istərsə də SEPAH-a bağlı olan sosial şəbəkələrdə Azərbaycana qarşı səsləndirilən təhdidlər bunun bariz göstəricisidir. 

 

İranın bu qədər həddini aşmasının səbəbi nədir?


Mövzu ilə bağlı Modern.az-a danışan politoloq Qabil Hüseynli qeyd edib ki, İran bütün "qırmızı xətləri" aşıb.


"İran çox həyasız və qonşularına qarşı təhdidkar bir mövqe tutmağa başlayıb. Azərbaycan artıq bu məsələ ilə bağlı beynəlxalq təşkilatlara müraciət etməlidir. Çünki İran tərəfindən sərhədlərimizə hərbi texnika və canlı qüvvə yığılıb. Həmçinin, sərhədlərimiz boyunca onların qırıcı təyyarələri uçur. İran bizi açıq formada təhdid edir. İran "biz gəlirik" deyə müxtəlif eyhamlar vurmağa başlayıb",-deyə o bildirib.


Q.Hüseynli vurğulayıb ki, Azərbaycan bütün bu olanları əsas gətirərək BMT-nin Təhlükəsizlik Şurasına müraciət edib, onlardan məsələ ilə bağlı müvafiq qərarlar qəbul etməsini xahiş etməlidir:

 

"Azərbaycan özünün müttəfqilərinə də olanlarla bağlı müraciət edib. Onlar arasında Türkiyə, Pakistan və adını çəkmək istəmədiyim bir sıra ölkələr var. Həmin dövlətlər İran tərəfindən səsləndirilən şüarları diqqətlə dinləyib dəyərləndirirlər. Zənnimcə, bütün bu olanlar müharibəyə çevrilməyəcək. Belə bir hal yaranarsa, Azərbaycan və müttəfiqlərindən, həm də başqa dünya dövlətlərindən çox ciddi cavab zərbəsi ala bilər. Bu, İranın daxilindəki çaxnaşmalarla üst-üstə düşüb, molla rejiminin süqutuna gətirib çıxara bilər. Uzun illərdir İranın beynəlxalq münasibətlərdə gərginlik yaratmasından cana gələn ABŞ birmənalı olaraq Azərbaycanın yanında dayanacaq. İsrail də heç tərəddüd etmədən bizim yanımızda olacaq. Hətta, ABŞ-ın mövqeyinə Avropa dövlətləri də dəstək verəcək. Bu gün dünya ölkələri Rusiyanın Ukraynaya etdiyi hücuma qarşı birlik nümaiş etdirirlərsə, İran kimi azğın dövlət qarşısında da koalisya yaranmalıdır. Hətta bu, formalaşmağa başlayıb deyə bilərik".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?