Modern.az

Maqsud İbrahimbəyov Rüstəm İbrahimbəyovu tənbeh edib

Maqsud İbrahimbəyov Rüstəm İbrahimbəyovu tənbeh edib

13 İyun 2013, 17:05

Milli Məclisin Regional məsələlər komitəsini sədri Arif Rəhimzadə Maqsud İbrahimbəyovla tez-tez görüşdüyünü deyib. Komitə sədri Modern.az saytına açıqlamasında bildirib ki, Maqsud İbrahimbəyovla çox yaxın dostdur:

“Maqsud dövlətçilik mövqeyində durur. Qardaşı Rüstəmin hərəkətlərini heç cür müdafiə etmir. Dəfələrlə görmüşəm ki, onu tənbeh edir”.

A.Rəhimzadə Azərbaycan-Rusiya parlamentlərarasə əlaqələr üzrə işçi qrupunun Milli Şuranın Rusiyanın layihəsi olması ilə bağlı səslənən fikirlərə də münasibət bildirib: “Mənə elə gəlir ki, məsələnin kökündə incik adamlar durur. Bunu Rusiya ilə əlaqələndirmək düzgün olmazdı. Onların nə mövqeyi, nə hərəkətləri, nə rəyləri məni qane edir. Onlar yanlış yoldadırlar və heç nəyə nail ola bilməyəcəklər”.

Ötən gün YAP funksioneri Siyavuş Novruzovun Modern.az-a verdiyi ““Milyarderlər İttifaqı”nın üzvlərinin prezident seçkilərindən sonra üzr istəmək üçün yollar axtaracaqlar” açıqlamasını Arif Rəhimzadə belə şərh edib: “Mən məsələyə belə sadə baxmazdım. Narazılıqları var və onları həll etmək istəyirlər. Onlar heç nə edə bilməyəcəklər”.

“Onların təcrübələri yoxdur. Bir dəfə hakimiyyətdə olmuşdular. Ağılları artdi?”-A.Rəhimzadə bu fikrini Milli Şurada təmsil olunan müxalifət liderlərinə yönəldib.

”Eldar Namazov, Rüstəm İbrahimbəyov, bunlar hansı dövlət işində olub? Kənardan baxmaqla öyrənmək olmur. Ona məktəb lazımdır”.

A.Rəhimzadə deyib ki, hər istəyən deyə bilməz ki, seçkidə namizəd olacaq: “Bunlar boş söhbətlərdir”.
Rusiya-Azərbaycan əlaqələrinə gəldikdə, deputat deyib ki, hazırda Rusiya ilə münasibətlər çox yaxşıdır.
”Keçirilən tədbirlər də bunu göstərir. Ancaq bizim də, Rusiyanın da öz maraqları var. Sadəcə Rusiyanı humanitar bir ölkə kimi düşünmək olmaz”.

“Qəbələ” RLS məsələsinin iki ölkə arasındakı münasibətlərə təsirinə toxunan komitə sədri qeyd edik ki, bunun ətrafında dezinformasiya qurulur: “Rusiya istəsəydi pulunu verib “Qəbələ” RLS-i saxlayardı”.

Ulduz İBRAHİMOVA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi