Modern.az

Həftənin ilk 3 gününün HAVA PROQNOZU

Həftənin ilk 3 gününün HAVA PROQNOZU

Ölkə

26 Mart 2023, 14:56

Gözlənilən hava şəraiti haqqında məlumat yayılıb.

 

Modern.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında həftənin birinci yarısında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin martın 27-si səhər yarımadanın bəzi yerlərində zəif duman, az çiskin olacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-11° isti, 16-21° isti olacaq.

 

Azərbaycanın rayonlarında həftənin birinci günü, martın 27-də bəzi rayonlarda hava şəraitinin qısa müddətə yağıntılı olacağı gözlənilir. Martın 28-29-da havanın sabitləşəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu aran rayonlarında gecə 6-10° isti, 17-22° isti, dağlıq rayonlarda gecə 1° şaxtadan 4° -dək isti, 5-10° isti olacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Medvedyev özündən çıxdı-Necə də alçaqsınız!