Modern.az

Yardım edək, ancaq aldanmayaq! - DİN-dən xəbərdarlıq

Yardım edək, ancaq aldanmayaq! - DİN-dən xəbərdarlıq

Ölkə

27 Mart 2023, 12:23

Daxili İşlər Nazirliyi əhaliyə müraciət edib.

 

Modern.az xəbər verir ki, müraciət Ramazanda edilən yardımlarla bağlıdır.

 

"Ramazan birlik, bərabərlik, xeyirxahlıq və şəfqət ayıdır. Çox təəssüf ki, sosial şəbəkələrdə özlərini köməyə ehtiyacı olan və ya xəstə kimi təqdim edib bu müqəddəs günlərdə insanların xeyirxahlığından, yardımsevərliyindən yararlanmaq istəyən dələduzlara rast gəlinir. Onlar  bu məqsədlə saxta profillər yaradaraq öz çirkin niyyətlərini həyata keçirmək istəyirlər.  

 

Vətəndaşlarımızdan yalnız tanıdıqları və həqiqətən də ehtiyacı olan şəxslərə yardım etmələrini, saxta profillər işlədənlərə inanmamağı tövsiyə edirik", - müraciətdə deyilir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım