Modern.az

Mirzoyan Ceyhun Bayramova görüş TƏKLİFİ göndərib?

Mirzoyan Ceyhun Bayramova görüş TƏKLİFİ göndərib?

Ölkə

28 Mart 2023, 16:18

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu yaxınlarda Azərbaycan, Ermənistan və Rusiya XİN başçılarının növbəti görüşünün keçiriləcəyini bildirib. Erməni nazir martın 20-də Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşü zamanı bu barədə danışıb.

 

Onun sözlərinə görə, hazırda İrəvanla Bakı arasında dialoq onlayn rejimdə gedir, tərəflər sülh müqaviləsi layihəsi ilə bağlı təkliflər mübadiləsi aparır. Mirzoyan hesab edir ki, müəyyən mərhələdə üzbəüz görüşlər bərpa olunmalıdır. Lakin o, üçtərəfli görüşlə bağlı Azərbaycana təklifin göndərilib-göndərilmədiyini açıqlamayıb.

 

Modern.az-ın diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, Azərbaycan tərəfinə nazirlərin görüşünə dair hər hansı təklif göndərilməyib. Belə ki, Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri arasında üçtərəfli görüşün vaxtı, eləcə də digər detalları məlum deyil və bununla bağlı rəsmi Bakıya müraciət daxil olmayıb.

 

Qeyd edək ki, bundan əvvəl Rusiya XİN nümayəndəsi Mariya Zaxarova da tərəflərin razılığı ilə görüşün keçirilə biləcəyini bildirmişdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım