Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 74 yeni yoluxma faktı qeydə alınıb, 6 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 4 nəfəri vəfat edib.
İndiyədək ümumilikdə 829 494 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 818 115 nəfər müalicə olunaraq sağalıb, 10 175 nəfər vəfat edib, aktiv xəstə sayı 204 nəfərdir.
Son sutka ərzində 1 721, hazırkı dövrədək isə 7 555 412 test aparılıb.