Modern.az

Azərbaycanda dərman istehsal olunacaq

Azərbaycanda dərman istehsal olunacaq

Ölkə

29 Mart 2023, 12:44

Əldə etdiyim məlumata görə, Ələt Azad İqtisadi Zonasında dərman istehsalı müəsisələrinin tikilib istifadə verilməsi ilə bağlı işlər görülür.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin Səhiyyə komitəsinin bugünkü iclasında sədr Əhliman Əmiraslanov bildirib.

 

"Azərbaycanda dərman istehsal olunacaq. Bu sahədə biz xarici ölkələrdən asılıyıq, ümid edirik ki, problem bununla qismən həll olunacaq. Eyni zamanda, İsraildən, Türkiyədən mütəxəssislər cəlb ediləcək", - komitə sədri vurğulayıb.

 

Onun sözlərinə görə, ölkəmizdə dərmanların qiymətinin aşağı salınması üçün işlər görülə bilər.

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR