Modern.az

Bayraktar Bakıda, Ordumuz Xankəndiyə doğru… - Modern.az-ın icmalı

Bayraktar Bakıda, Ordumuz Xankəndiyə doğru… - Modern.az-ın icmalı

Ölkə

4 Aprel 2023, 09:54

Aprelin 4-ü deputat Fazil Mustafaya qarşı hücum edən şəxslərin tutulması, Şuşanın iki kəndinin ordumuzun nəzarəti altına keçməsi, Nərimanovun heykəlinin sökülüb-sökülməməsi, nazir İnam Kərimovun Ali Məhkəməyə hakim təyin edilməsi, İrana yenidən nota verilməsi və digər mövzular gündəmdə olub.

 

Modern.az dünənin icmalını təqdim edir:

 

Dünən Milli Məclisin deputatı Fazil Mustafaya qarşı törədilən sui-qəsdlə bağlı 6 nəfər saxlanılıb. İlkin məlumata görə, hücumun təşkilatçısı Səricanov Azər Kamran oğlu, deputata atəş açan isə Şirinov Səbuhi Vəliyəddin oğludur. Dəstənin digər üzvləri bunlardır: Əsgərov Elşad Tofiq oğlu, Əliyarov Emin Rafiq oğlu, İlkin Süleymanov...

 

Şuşa istiqamətində keçirilən son əməliyyatlar nəticəsində iki kənd Azərbaycan Ordusunun nəzarətinə keçib. Ordumuz martın 25-də keçirdiyi əməliyyatla bir sıra yüksəkliklər, ətraf ərazilər, eyni zamanda, Şuşa rayonunun Allahqulular və Zamanpəyəsi kəndlərini nəzarətə alıb.

 

Milli Məclisə “Azərbaycan Respublikası Ali Məhkəməsi hakiminin təyin olunması haqqında” məsələ daxil olub. Məsələ ötən gün parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclasının gündəliyinə daxil edilib. Məlumata görə, Kərimov İnam İmdad oğlunun Ali Məhkəmənin hakimi təyin edilməsi təklif edilib. Müzakirələrdən sonra məsələ parlamentin plenar iclasına tövsiyə olunub.

 

Prezident İlham Əliyev aprelin 3-də Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarı qəbul edib. Bayraktar İlham Əliyevə xatirə hədiyyəsi verib. Müdafiə naziri Zakir Həsənov da Selçuk Bayraktar ilə görüşüb. Sonda müdafiə naziri Bayraktarı "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə təltif edib.  Bundan əlavə, "Baykar" şirkətinin Azərbaycanda fəaliyyətə başlaması açıqlanıb.

 

İranın ölkəmizdəki səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. İran tərəfinin notasında Azərbaycan mediası ilə bağlı qeyd olunanların obyektivliyi əks etdirmədiyi vurğulanaraq, İrana cavab notası, eləcə də İran mediasında Azərbaycan əleyhinə yayılmış bir sıra məqalələrin siyahısı təqdim olunub.

 

Silahlı hücuma məruz qalan Fazil Mustafanın həyat yoldaşı Zülfiyyə Mustafayeva Modern.az-a bildirib ki, deputatın vəziyyəti qaydasındadır: “Şükür Allaha, bu gün vəziyyəti yaxşıdır, stabildir. Biz hələ ki xəstəxanadayıq. Evə nə zaman buraxılacağı ilə bağlı həkimlər hər hansı məlumat verməyiblər. Biz ayrı palatalarda qalırıq, həkimlər çox adamı xəstənin yanında qalmağa qoymur”.

 

Nəriman Nərimanovun Naxçıvandakı büstünün götürülməsi mətbuatda və sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Milli Məclisin Naxçıvan Muxtar Respublikasından seçilmiş deputatı Cəbi Quliyev bildirib ki, büst əvvəlki yerinə qaytarılacaq. Büstün sökülmə xəbərini Naxçıvan Şəhər İcra Hakimiyyəti də təkzib edib.

 

Dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana yerli istehsal olan ilk "Togg" elektromobili təqdim olunub. Ərdoğan bildirib ki, elektromobili özü təhvil verdiyi üçün nəqliyyat vasitələrinin ilk nümunələri ona təqdim edilib. Üçüncü "Togg" elektromobili isə Azərbaycan Prezidenti İlham Əliyevə təqdim ediləcək.

 

Ötən gün Nurtleu Murat Abuqalieviç Qazaxıstanın baş nazirinin müavini və xarici işlər naziri təyin edilib. Həmkarını Qazaxıstan baş nazirinin müavini, xarici işlər naziri vəzifəsinə təyin edilməsi münasibətilə təbrik edən nazir Ceyhun Bayramov, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

 

İsrailin xarici işlər naziri Eli Kohen Pasxa bayramından sonra Azərbaycana səfər edəcək. XİN başçısı aprelin 18-də yola düşəcək, ertəsi gün Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Ankaradakı səfiri Ceff Fleyk ilə görüşmək istəmədiyini bildirib. Ərdoğan səfirin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu ilə görüşünü şərh edərkən bildirib ki, bundan sonra prezidentin qapıları ABŞ səfiri üçün bağlıdır.

 

Onu da bildirək ki, İran prezidenti İbrahim Rəisi Səudiyyə Ərəbistanı kralının Ər-Riyada səfər dəvətini qəbul edib. Səfərin dəqiq tarixi bəlli deyil.

 

Ötən günün mənzərəsi ilə tanış olmaq üçün aşağıdakı xəbərləri də oxuya bilərsiniz:

 

“Bravo”dakı silahlı insidentlə bağlı gizli məqamlar - VİDEO

Minaya düşən əsgərin atası: “Oğlum idmançı olub, 9 medalı var”

Dinimiz də, dilimiz də, vicdanımız da, ailəmiz də Azərbaycandır - Elşad Eyvazlı YAZIR

Sağlamlığa təsir edən 3 əsas faktor - Rəy sorğusu

ABŞ-dan Kılıçdaroğluna gizli dəstək - Ərdoğanı qəzəbləndirən görüşün pərdəarxası

Nərimanovun varisindən ittihamlara cavab: “Bizdə Qarabağ və Zəngəzurla bağlı sənədlər var”

Pensiyaçılar niyə “yoxa çıxır”... - SƏBƏB

Sabiq rektor məcburi məhkəməyə gətirildi - FOTO

Güclü zəlzələ olan Kamçatkadakı azərbaycanlılardan XƏBƏR VAR

Paşinyanın oğluna hücum edildi

Fazil Mustafaya hücum edənlərlə bağlı ŞOK FAKTLAR

Prezident soruşdu ki, siz canlı Nəsimisiniz, heykəl necədir? - Xalq artisti

İranda hicabsız qadınlara təhsil QADAĞASI

Saxlanılan şəxsin qardaşı deputatı ölümlə hədələyirmiş

Prezident su ilə bağlı yeni qurumu bu məqsədlə yaradıb

Bayraktarın İlham Əliyevə hədiyyə etdiyi maket NƏDİR?

İran Azərbaycandakı səfirini niyə dəyişir - DOSYE

Zərifə Abbasova Avropa İttifaqının 1 milyonunu mənimsəyib

Parisdə artıq iki Eyfel qülləsi var - FOTOLAR

4 günlük döyüşün 4 mühüm nəticəsi - TƏHLİL

İrana gizli yolla keçmək istəyənlər TUTULDU

Türkiyədəki seçkilərdə namizəd olan azərbaycanlılar - FOTO

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı