Kənd təsərrüfatı naziri təyin olunana qədər həmin vəzifənin müvəqqəti icrası nazir müavini Sarvan Elxan oğlu Cəfərova həvalə edilib.
Modern.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin müvafiq Sərəncamında bildirilib.
Qeyd edək ki, bu gün İnam Kərimov kənd təsərrüfatı naziri vəzifəsindən azad edilərək Ali Məhkəmənin sədri təyin olunub.