Modern.az

İlham Əliyevin Qazaxıstana səfəri gözlənilir

İlham Əliyevin Qazaxıstana səfəri gözlənilir

Ölkə

7 Aprel 2023, 10:13

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 10-da Qazaxıstana rəsmi səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

 

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə baş tutacaq səfər zamanı iki ölkə liderinin Astanada məhdud və geniş tərkibdə görüş keçirməsi planlaşdırılır.

 

Bildirilib ki, danışıqlar zamanı Qazaxıstan və Azərbaycan arasında strateji tərəfdaşlığın inkişafının əsas məsələləri müzakirə olunacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı