Modern.az

Tarif Şurasının tərkibi DƏYİŞDİ

Tarif Şurasının tərkibi DƏYİŞDİ

Ölkə

7 Aprel 2023, 10:16

Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının tərkibində dəyişiklik edilib.

 

Modern.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev fərman imzalayıb.

 

Qərara əsasən, Dövlət Statistika Komitəsi sədrinin müavini və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri Tarif Şurasının üzvü təyin edilib.

 

Digər bir dəyişikliklə Tarif Şurasının iclasları üzvlərdən azı doqquz nəfər iştirak etdikdə baş tutmuş sayılacaq. Bundan əvvəl Tarif Şurasının iclasları üzvlərdən azı səkkiz nəfər iştirak etdikdə baş tutmuş sayılırdı.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı