Modern.az

Nazirdən deputatlara CAVAB: “O zaman bu sahəni bağlayıb gedək...”

Nazirdən deputatlara CAVAB: “O zaman bu sahəni bağlayıb gedək...”

7 Aprel 2023, 18:04

Deputatları ən çox narahat edən məsələ tariflərin artmasıdır. Amma mən təkrar bildirirəm ki, qanun tariflərin artırılmasını hədəfləmir.

 

Modern.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında “Elektroenergetika haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

 

Nazir deputatların iradlarına cavab olaraq bildirib: 

 

“Qanun qəbul olunandan sonra dövlət məcbur olacaq ki, bunu özü tənzimləsin. Bu qanunun heç bir halda liberallaşdırma ilə əlaqəsi yoxdur. Amma deputat fikir səsləndirir ki, qanun liberallaşdırmağa aparır, mən qanunda belə bir cümləyə rast gəlməməmişəm. Qanun dünya təcrübəsinə əsaslanır. Qanunu qəbul etməməklə, siz dediyiniz kimi, əvvəlcədən bilməklə köklü ləğv etmək qəbuledilməzdir. Bu, eyni zamanda prezidentin siyasətinə də uyğun gəlməyə bilər. Dünyanın heç bir yerində belə şey yoxdur ki, investisiyaları qəbul etməsin, xüsusilə də xarici investisiyaları. O zaman siz deyirsiniz ki, islahatlar istəmirik, bununla razılaşmayaq, o zaman bu sahəni bağlayaq gedək. Bu gün hər bir ölkə çalışır ki, investisiya cəlb etsin, amma biz belə addım atmaqla yalnız Azərbaycanın maliyyə qoymasını istəyirik”.

Bu xəbər ilə bağlı
Deputat nazirə etiraz etdi: Bizə sürpriz hazırlamayın!
Xəbəri oxu
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi