Xəzər dənizində zəlzələ baş verib.
Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Zəlzələ saat 20:03-də qeydə alınıb. Yerin 62 kilometr dərinliyində baş verən təkanların gücü 3,9 bal olub.