Modern.az

Qanunsuz kəsilmiş ağacların daşınmasının qarşısı alındı

Qanunsuz kəsilmiş ağacların daşınmasının qarşısı alındı

Ölkə

9 Aprel 2023, 13:47

9 aprel tarixində, gecə saatlarında Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən Qəriblər meşəbəyliyinin 8 saylı dolayında qanunsuz olaraq kəsilmiş ağacların Mersedes markalı 99 TH 576 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə daşınmasının qarşısı alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov məlumat verib.

 

Onun sözlərinə görə, ağac materialı yüklənmiş nəqliyyat vasitəsi Regional Meşə Təsərrüfatı Mərkəzinə gətirilərək boşaldılıb: "Bununla bağlı rayon polis şöbəsinə məlumat verilib. Hazırda araşdırma aparılır".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı