Modern.az

Bu yol bağlanır - Sürücülərin diqqətinə!

Bu yol bağlanır - Sürücülərin diqqətinə!

Ölkə

9 Aprel 2023, 16:36

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) aprelin 28-30-da təşkil olunacaq Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq çərçivəsində trekin keçdiyi yollarda tikinti-quraşdırma işlərini davam etdirir.

 

Şirkətdən Modern.az-a bildirilib ki, bu gecə saat 22:00-dan etibarən Neftçilər prospekti boyunca beton blokların quraşdırılması səbəbindən Azadlıq prospektinin Neftçilər prospekti ilə kəsişməsi nəqliyyata bağlı olacaq.

 

BŞH vətəndaşlara tikinti-quraşdırma işləri zamanı göstərdikləri anlayışa görə öncədən təşəkkür edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı