Modern.az

Azərbaycanda 11 partiya fəaliyyətini DAYANDIRIB

Azərbaycanda 11 partiya fəaliyyətini DAYANDIRIB

Ölkə

9 Aprel 2023, 19:23

Azərbaycan Respublikaçılar Partiyası fəaliyyətini dayandırıb.

 

Modern.az xəbər verir ki, bu barədə partiya bəyanat yayıb.

 

1999-cu ildə qeydiyyata alınan partiyaya Sübut Əsədov rəhbərlik edirdi.

 

Bununla da Azərbaycanda fəaliyyətinə son verən siyasi partiyaların sayı 11-ə çatıb.

 

Qeyd edək ki, bundan əvvəl Müstəqil Azərbaycan Partiyası, Azərbaycan Vahid Kommunist Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası (ASDP), Azərbaycan Liberal Demokrat Partiyası (ALDP), Milli Vəhdət Partiyası (MVP), Azərbaycan Sosial Rifah Partiyası (ASRP), Azərbaycan Naminə Alyans Partiyası (ANAP), Azərbaycan Təkamül Partiyası, Birlik partiyası və Azərbaycan Azad Respublikaçılar Partiyası öz hüquqi fəaliyyətlərinə xitam vermək barədə qərar qəbul ediblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı