Modern.az

Yol polisindən vətəndaşlara MÜRACİƏT

Yol polisindən vətəndaşlara MÜRACİƏT

Ölkə

9 Aprel 2023, 20:13

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən verilən məlumata görə, “Formula-1” Azərbaycan Qran-Prisinə hazırlıq çərçivəsində trekin keçdiyi yollarda tikinti-quraşdırma işləri aparılır.

 

DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən Modern.az-a bildirilirb ki, “Formula-1”-in keçiriləcəyi yollar bu gecədən bağlanacaq.

 

Sürücülərin nəzərinə çatdırılıb ki, növbəti mərhələdə Neftçilər prospekti boyunca beton blokların quraşdırılması səbəbindən bu gecə saat 22:00-dan etibarən Azadlıq prospektinin Neftçilər prospekti ilə kəsişməsi nəqliyyatın hərəkəti üçün bağlı olacaq.

 

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi beynəlxalq tədbirə hazırlıq ərəfəsində yollarda aparılan tikinti-quraşdırma işləri ilə əlaqədar göstərdikləri anlayışa görə hərəkət iştirakçılarına öncədən təşəkkür edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı