Modern.az

İran-İsrail müharibəsi başlasa, Azərbaycanın mövqeyi necə olacaq? 

İran-İsrail müharibəsi başlasa, Azərbaycanın mövqeyi necə olacaq? 

Ölkə

11 Aprel 2023, 15:02

İran-İsrail münasibətləri getdikcə gərginləşir. Qarşılıqlı ittihamların kəskin hal aldığı bir məqamda bəzi ekspertlər həyəncan təbili çalacaq bildirirlər ki, bir-birinə düşmən kəsilən ölkələr arasında yaşanan gərginlik tezliklə hərbi əməliyyatlara səbəb ola bilər. 

 

Maraqlıdır, İran-İsrail müharibəsi başlasa, Azərbaycan hansı mövqedən çıxış edəcək? 

 

Bu barədə Modern.az-a danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov qeyd edib ki, İsrail-İran münasibətlərinin vəziyyəti Azərbaycan-İran əlaqələrinin hansı yöndə inkişafı ilə müəyyən qədər bağlıdır.


"İsrail-İran müharibəsinin olacağı barədə fikirlərin səsləndirilməsi yeni deyil. Bundan öncə də oxşar fikirlər səsləndirilib. Hazırda Azərbaycanla İran arasında mövcud gərginliyin aradan qaldırılması üçün addımlar atılır. Bunu söyləməyimin səbəbi, İsraillə münasibətlərin bu məsələ ilə əlaqəsi olmasıdır. İran bizə qarşı addımlar atmağa davam edərsə, Azərbaycan alternativ siyasi xətti seçəcək. Lakin indiki durumda hansısa müharibədən söhbət getmir",- deyə sabiq nazir vurğulayıb.

 


T.Zülfüqarov vurğulayıb ki, İsraillə İran arasında qarşıdurma olarsa, Azərbaycan o zaman mövcud olan situasiyaya uyğun addım atacaq:

 

"Hadisələr bu fonda inkişaf edərsə, yəni İran təxribatyönlü addımlar atarsa, Azərbaycan cəmiyyəti İrana yox, İsrailə daha çox simpatiya bəsləyəcək. İndi İranla münasibətlərdə normallaşma prosesi gedir. Hər iki ölkənin nazirləri daim əlaqədədirlər və bunun müsbət təsiri olacağını düşünürəm. İran deyəndə orada olan siyasi elitanın radikal ünsürlərinin mövqeyini başa düşməliyik. Amma əhali arasında və siyasi elitada əslində ölkəmizə qarşı münasibət çox yaxşıdır. Bu baxımdan düşünmürəm ki, hər iki ölkə bir-birini düşmən gözündə görsün. Radikal ünsürlərin münasibətləri kəskinləşdirmə cəhdinə son qoyulmalıdır.

 

İsraillə İran arasında toqquşma olarsa, Azərbaycan həmin vaxt mövcud olan situasiyaya uyğun olaraq adekvat addımlar atacaq. Sözsüz ki, İran tərəfindən bizə qarşı təhlükəli addımlar atılsa, ölkəmiz dərhal cavab verəcək. Məsələn, qarşı tərəfin davam edən təxirbatları nəticəsində Azərbaycan uzun müddətdən sonra İsraildə səfirlik açdı. Ancaq mən düşünürəm ki, bu qarşıdurmanın heç kimə xeyri olmayacaq. İran tərəfi bütün bunları nəzərə alıb, təxribatçı addımlardan çəkilməlidir". 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu