Modern.az

Şəhid gizirimiz dəfn edildi - YENİLƏNİB

Şəhid gizirimiz dəfn edildi - YENİLƏNİB

12 Aprel 2023, 13:50

Ötən gün Laçında şəhid olan hərbi qulluqçu Elşad Həsənov dəfn edilib.

 

Modern.az xəbər verir ki, Azərbaycan Ordusunun gizirinin nəşi Ağstafa Şəhidlər xiyabanında torpağa tapşırılıb.

 

Dəfn mərasimində şəhidin doğmaları, yaxınları, rayon ictimaiyyətinin nümayəndələri və hərbçilər iştirak ediblər.

 

***

11:20

 

Ötən gün Laçında şəhid olan hərbçimiz Elşad Həsənovla vida mərasimi keçirilir.

 

Modern.az xəbər verir ki, şəhid gizir doğulduğu Ağstafa rayonunda dəfn ediləcək.

 

Qeyd edək ki, düşmən təxribatının qarşısını alarkən şəhid olan E.Həsənov Xətai kəndində anadan olub. 1994-cü il təvəllüdlü şəhid müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçu olub. O, bir neçə ay öncə ailə həyatı qurub.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı