Modern.az

Vətəndaşlar hərbi paradı izləyə biləcəkmi? - Müdafiə Nazirliyindən AÇIQLAMA

Vətəndaşlar hərbi paradı izləyə biləcəkmi? - Müdafiə Nazirliyindən AÇIQLAMA

20 İyun 2013, 13:58


“Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 95 illiyi münasibətilə Azərbaycan ordusunun Azadlıq Meydanında keçiriləcək hərbi paradı barədə geniş açıqlama veriləcək”.
Bunu Modern.az saytına Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayevə bildirib. O, hərbi paradı izləmək üçün paytaxt sakinlərinin əraziyə buraxılıb-buraxılmayacağına  da həmin açıqlamada aydınlıq gətiriləcəyini söyləyib.

Xatırladaq ki, buna qədər müstəqil Azərbaycanın ilk hərbi paradı 1992-ci ilin 9 oktyabrında olub. İkinci dəfə 2008, üçüncü hərbi parad isə 2011-ci ilin 26 iyununda keçirilib. 2008-ci ildən fərqli olaraq 2011-ci ildə paytxt sakinlərinə paradı canlı izləməyə icazə verilməmişdi.

Teymur Abdullayevin sözlərinə görə, Müdafiə Nazirliyinin yaxın günlərdə ictimaiyyətə veriləcək geniş açıqlamadaparadın izlənilməsi məsələsinə aydınlıq gətiriləcək.

Yeri gəlmişkən, hərbi paradla əlaqədar 100-ə yaxın hərbi texnika, o cümlədən zirehli maşınlar artı Azadlıq meydanına gətirilib. Parada hazırlıq və təlim-məşq işləri ilə əlaqədar Azadlıq meydanı istiqamətində hərəkət məhdudlaşdırılıb.

Paradla əlaqədar bu gün paytaxtın Azaqlıq meydanı istiqamətində Neftçilər prospekti ilə Keykəb Səfərəliyeva küçəsi kəsişməsindən Rəşid Behbudov küçəsi kəsişməsinədək avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulub və istiqamət dəyişdirilib.

Vüqar İsmayılov    
Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi