Modern.az

Qalmaqallı uşaq evinin direktoru işdən ÇIXARILDI

Qalmaqallı uşaq evinin direktoru işdən ÇIXARILDI

13 Aprel 2023, 10:52

Xətai rayonu 3 nömrəli Uşaq evinin direktoru Məhbubə Hüseynova işdən çıxarılıb.

 

Modern.az xəbər verir ki, bu gün Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbərinin və məsul əməkdaşlarının uşaq evinin kollektivi ilə görüşü keçirilib.

 

Görüşdə bildirilib ki, müəssisənin rəhbərliyində dəyişiklik edilib və bu vəzifəyə Gülnarə Şəmiyeva təyin edilib.

 

Son vaxtlar uşaq evində baş verən hadisələrlə əlaqədar yaradılan komissiya tərəfindən göstərilən iradların qısa müddətdə aradan qaldırılması ilə bağlı müəssisə rəhbərliyinə müvafiq tapşırıqlar verilib.

 

Qeyd edək ki, bu yaxınlarda 3 nömrəli Uşaq evində lentə alınan görüntülər ciddi rezonans doğurmuşdu.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı