Modern.az

1 il əvvəl yaradılan partiya özünü buraxdı - 12 oldular

1 il əvvəl yaradılan partiya özünü buraxdı - 12 oldular

13 Aprel 2023, 13:00

Azərbaycanda fəaliyyətinə son verilən siyasi partiyaların sayı 12-yə çatıb.

 

Modern.az-ın məlumatına görə, Ramil Hüseynovun rəhbərlik etdiyi Yeni Yol Partiyası özünü buraxmaq qərarına gəlib.

 

Partiya 2022-ci ilin yanvar ayında təsis edilib, 1992-ci ildə yaradılan Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası ilə birləşib və dövlət qeydiyyatına alınıb.

 

Qeyd edək ki, 2022-ci ildə Azərbaycanda 59 siyasi partiya qeydiyyatda olub. Mart ayının əvvəlindən partiyalar özünü buraxmağa başlayıb. Azərbaycan Respublikaçılar Partiyası, Müstəqil Azərbaycan Partiyası, Azərbaycan Vahid Kommunist Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası (ASDP), Azərbaycan Liberal Demokrat Partiyası (ALDP), Milli Vəhdət Partiyası (MVP), Azərbaycan Sosial Rifah Partiyası (ASRP), Azərbaycan Naminə Alyans Partiyası (ANAP), Azərbaycan Təkamül Partiyası, Birlik partiyası və Azərbaycan Azad Respublikaçılar Partiyası öz hüquqi fəaliyyətlərinə xitam vermək barədə qərar qəbul ediblər.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı