Modern.az

BQXK Ermənistanda saxlanılan hərbçilərimizlə bağlı məlumat yaydı

BQXK Ermənistanda saxlanılan hərbçilərimizlə bağlı məlumat yaydı

14 Aprel 2023, 10:04

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Ermənistanda saxlanılan Azərbaycan Ordusunun əsgərləri ilə bağlı açıqlama yayıb.

 

Komitədən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, BQXK iki azərbaycanlının məsələsi barədə məlumatlıdır.

 

"Biz ailələr və müvafiq qurumlarla əlaqədəyik, məqsədimiz saxlanılan şəxslərə mümkün qədər tez baş çəkməkdir. Mandatına uyğun olaraq, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir və onların ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır", - deyə BQXK-nın açıqlamasında qeyd olunub.

 

Xatırladaq ki, Naxçıvanda xidmətdə olan 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüblər. Onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki əsgərimiz Ermənistanda saxlanılıb. Ötən gün gün sosial şəbəkələrdə Hüseynin ermənilər tərəfindən işgəncələrə məruz qalmasını əks etdirən görüntülər paylaşılıb.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı