Modern.az

Bərdə nə gözəldir, necə qəşəngdir - Deputat və jurnalist danışır…

Bərdə nə gözəldir, necə qəşəngdir - Deputat və jurnalist danışır…

Ölkə

21 İyun 2013, 10:44


Deputatlarla jurnalistlər ən çox informasiyalı, cəmiyyətin dərdlərni daha yaxşı bilən təbəqə hesab edilirlər. Səbəb isə sadədir: Deputat seçicilərlə mütəmadi ünsiyyətdə olursa, onların üzləşdikləri çətinlikləri də yaxından öyrənir.
Jurnalisitin isə işi insanların üzləşdikləri problemləri diqqətə çatdırmaqdır.
Maraqlıdır, rayonlardakı vəziyyətlə bağlı onların fikriləri nə qədər üst-üstə düşür, yaxud da fərqlənir..?

Bütün bunları nəzərə alaraq Modern az saytında “Rayonlardakı vəziyyət: Deputat və jurnalist danışır” adlı yeni layihəyə start veririk.
 
Layihədə ilk seçilən rayon Bərdədir. Rayonda olan problemlər barədə isə bölgənin deputatı Zahid Oruc və əslən Bərdədən olan jurnalist Taleh Şahsuvarlı danışır.

Zahid Oruc təmsil etdiyi bölgənin problemlıri barədə danışarkən qeyd edib ki, ötən aylar ərzində Bərdənin həyatı sürətlə dəyişib:

“Şübhəsiz ki, illər ərzində bir çox problemlər həllini gözləyirdi. Baxmayaraq ki, infrastuktur quruculuğu gedir, ancaq təəssüflər olsun ki, bir sıra məsələlər yerində həll olunmamış qalırdı. Son aylar ərzində rayon rəhbərliyinin qərarı ilə istər kəndlərin, istərsə də şəhər mərkəzində qaz təchizatı sisteminin yeniləşməsi gerçəkləşdi. Xüsusilə də içməli su təminatının yaxşılaşdırılması, küçələrin abadlığının təmin olunması, iri yolların asfaltlanması və təkcə magistralların deyil, eyni zamanda kənd yollarının da düzəlməsinə təsir göstərildi. Paralel şəkildə müxtəlif dövlət orqanlarının binalarının təməli yenidən qoyuldu və onların bir qismi vətəndaşların istifadəsinə verildi. Yeni iş yerlərinin yaradılması ilə bağlı ən az 4-5 mühüm istehsalat sahələrinin təhvil verildiyini qeyd edə bilərik. Nəzərə alın ki, ölkə başçısı yaxın 2 ildə 2 dəfə Bərdəni ziyarət edib. Oranın quruculuğu üçün ayrıca dövlət vəsaiti ayrılıb. Xüsusilə Bərdənin qaz təminatı ilə bağlı “Azəriqaz”-ın böyük işləri gerçəkləşdirilib”.

Deputat bildirib ki, Bərdə insanları çox tələbkar və mehribandırlar: “Hər zaman tələbkar mövqeləri ilə yanaşı, yaxşı əməlləri qiymətləndirmək, dövlət siyasətini ciddi şəkildə təhlil etmək, öz mövqeyini bildirmək gücündədirlər. Bəzən onları imam camaatı kimi də xarakterizə edirlər. Sovet dövlətinin dağılması xarakterik problemlər qoydu. Ötən 20 ildə mavi yanacaqla təmin olunmamış kəndlərin 58-ini ayağa qaldırmaq mümkün olub. Bütün rayonun enerji sahəsində problem qaldığını deyə bilmərik. Yalnız ötürücü dirəklərin yeniləşməsinə ehtiyac var. Biz arzulayırıq ki, Bərdədə Qarabağ Universiteti açılsın. Qarabağı beynəlxalq miqyasda tanıtdırmağımıza və əlaqələrin yaranmasına ehtiyac duyuruq. Bir sıra məktəblərin yeniləşməsi də mühüm vəzifələrdən biridir. Çünki onların bir çoxu canını tapşırıb. Öz ekspoltasiya müddətini başa vurub. Təhsil Nazirliyi nəzarət etsə, Bərdədə təhsilin inkişafı artar.
Bölgələrin iqtisadi müstəqilliyini təmin etmək mümkün olsa, bu gün Bərdədə də o relyefə, əhalinin təsərrüfat həyatına uyğun olan sahəni yaratmaq mümkündür. Bununla əlaqədar hökumətlə birgə addım atmağa ehtiyac var. Ən çox iş yerləri ilə bağlı müraciət edirlər”.

Bu bölgədən olan jurnalist Taleh Şahsuvarlı deyir ki, hər bir rayon kimi Bərdədə də sosial-iqtisadi problemlər var:

“Bunlardan ən əsasları içərisində qazla bağlı problem üstünlük təşkil edir. Amma zaman keçdikcə bu problem aradan qaldırılır. Ümumiyyətlə, Bərdə son illərdə gözəlləşib, dəyişib. İnfrastuktur xeyli dərəcədə inkişaf etdirilib.
Amma indi Bərdədə mehmanxana yoxdur və bu, rayona qonaq gəlmək istəyənlər üçün problem yaradır. Sosial yöndə də bir çox çatışmazlıqlar var ki, onlar da öz həllini gözləyir. Vətəndaş-məmur münasibətlərinin təkmilləşdirilməsinə, kiçik və orta biznesin genişlənməsinə stimul verən layihələrin icrasına ehtiyac var. Mənim müşahidələrimə görə, Bərdədə təhsilin səviyyəsi çox aşağıdır. Odur ki, bu sahəyə diqqət yetirmək lazımdır”.

Jurnalist Bərdənin icra başçısı Vidadi İsayevi sakinlərlə ünsiyyətdən qaçmayan, əksinə zaman-zaman müxtəlif kəndlərdə açıq görüşlər keçirən məmur kimi qiymətləndirir: “Təsərrüfatçıdır, işləməyi sevir. Belə bir ortamda vətəndaşların özlərinin də daha təşəbbüskar olmasına ehtiyac var”.

Ulduz İBRAHİMOVA    
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi