Modern.az

Hərbi hissədə əsgərlə görüşə narkotik gətirdi

Hərbi hissədə əsgərlə görüşə narkotik gətirdi

17 Aprel 2023, 16:40

Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində görüş zamanı əsgərə narkotik vasitə verən şəxs saxlanılıb.

 

Xidmətdən Modern.az-a verilən xəbərə görə, aprel ayının 16-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “N” saylı hərbi hissəsində keçirilən valideyn görüşü zamanı müddətli həqiqi hərbi xidmət hərbi qulluqçu ilə görüşə gələn yaxın qohumunun əsgərə narkotik vasitə gətirdiyi aşkar olunaraq faktla bağlı qanunamüvafiq tədbirlər görülüb.

 

İlkin araşdırma zamanı hərbi qulluqçuya narkotik vasitəni gətirən şəxs barədə aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına və hərbi qulluqçunun valideynlərinə məlumat verilib.

 

Fakt üzrə araşdırma tədbiri davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı