Modern.az

İsrail XİN rəhbəri Azərbaycana səfərinin məqsədini AÇIQLADI

İsrail XİN rəhbəri Azərbaycana səfərinin məqsədini AÇIQLADI

18 Aprel 2023, 12:38

Azərbaycan müsəlman ölkəsidir və onun strateji mövqeyi aramızdakı əlaqələrin əhəmiyyətini böyüdür, böyük potensiala çevirir.

 

Modern.az xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Eli Koen bildirib.

 

“Bakıdakı dostlarımızla birlikdə təhlükəsizlik, iqtisadiyyat, innovasiyalar və enerji sahələrində əməkdaşlığımızı dərinləşdirmək, xüsusilə də ortaq çətinliklərə qarşı güclü və vahid cəbhə yaratmaq üçün mən bu gün vacib siyasi səfərə gedirəm”, - XİN rəhbəri qeyd edib.

 

O, bugünkü səfərdə İsrailin vacib şirkətlərindən ibarət iqtisadi nümayəndə heyətinin olduğunu vurğulayıb.

 

Bundan əlavə, Eli Koen İsrail və Azərbaycan arasında mövcud olan münasibətlərin daha da yaxşılaşdırılması üçün ticarət həcminin artırılmasının zəruriliyini vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı