Aprelin 21-i və 22-si Azərbaycanda Ramazan bayramıdır.
Modern.az xatırladır ki, ölkəmizdə müqəddəs Ramazan bayramı 1993-cü ildən dövlət səviyyəsində qeyd olunur.
Bayram namazı aprelin 21-i saat 08:00-da və 09:00-da qılınacaq.
Qazılar Şurasının qənaətinə görə, Ramazan bayramında adambaşına 10-15 manat fitrə zəkatının verilməsi məsləhət görülür.
Bu il Azərbaycanda Ramazan ayı martın 23-də başlayıb. Şəvval ayının 1-i (aprelin 21-i) Fitr (Ramazan) bayramıdır.
Xatırladaq ki, bayramla əlaqədar 4 gün - aprelin 21, 22, 23 və 24-də qeyri-iş günləri olacaq.