Modern.az

Rusiya XİN-dən əsir hərbçilərimizlə bağlı AÇIQLAMA

Rusiya XİN-dən əsir hərbçilərimizlə bağlı AÇIQLAMA

Ölkə

22 Aprel 2023, 16:24

Azaraq Ermənistan ərazisinə keçən və əsir götürülən iki Azərbaycan hərbçisi - Aqşin Bəbirov və Hüseyn Axundov barəsində araşdırma ədalətli olmalı və beynəlxalq hüquq normalarına uyğun aparılmalıdır.

 

Modern.az xəbər verir ki, bu haqda Report-un sorğusuna cavab olaraq Rusiya Xarici İşlər Nazirliyinin (XİN) İnformasiya və Mətbuat Departamentindən məlumat verilib.

 

Rusiya XİN-dən bildirilib ki, Ermənistanda iki azərbaycanlı hərbçinin saxlanılmasından xəbərdardırlar:


“Ümid edirik ki, Ermənistanın səlahiyyətli orqanları bu işlə bağlı tez bir zamanda ədalətli araşdırma aparacaqlar. Biz o qənaətdəyik ki, Ermənistanda saxlanılan şəxslərə münasibət beynəlxalq hüquq normalarına uyğun olacaq”.

 

Qeyd edilib ki, Rusiya 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il, həmçinin 31 oktyabr 2022-ci il tarixli, ən yüksək səviyyədə imzalanmış üçtərəfli bəyanatlar əsasında Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması üçün səylərini davam etdirir.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan gözlənilməz hücum: Rusiya zavodları bombalanır