Modern.az

İlham Əliyev Gürcüstanın müdafiə nazirini qəbul etdi

İlham Əliyev Gürcüstanın müdafiə nazirini qəbul etdi

Ölkə

24 Aprel 2023, 10:16

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladzeni qəbul edib.

 

Modern.az xəbər verir ki, görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən hərbi sahədə uğurla inkişaf etdiyi vurğulandı.

 

Bu ilin aprelində Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin ölkəmizə səfəri xatırlandı, səfər zamanı əlaqələrimizin daha da genişləndirilməsi ilə bağlı səmərəli müzakirələrin aparıldığı qeyd olundu.

 

Dövlətimizin başçısı və Gürcüstanın müdafiə naziri əməkdaşlığımızın perspektivlərini, regional təhlükəsizlik məsələlərini müzakirə etdilər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj