“Heydər Əliyev Fondu bizə imkan vermir”. Bu sözlər erməni diasporunın Moskva şəhəri üzrə rəhbərinə aiddir. Ermənistanın populyar sayılan “Şant” telekanalı hər gün saat 22:00-da xəbərlər proqramını Moskva, Los-Anceles, Beyrut, Yerevan şəhərlərindən birbaşa canlı yayımla başlayır. Xəbərlər proqramlarının birində böyük şəhərlərdə fəaliyyət göstərən erməni diasporları haqqında söhbət gedirdi. Müzakirənin gedişatından məlum oldu ki, Moskvadakı erməni diasporundan başqa bütün şəhərlərdə erməni diasporlarının işləri qənaətbəxşdir.
Yerevan studiyasının rəhbəri Nver Mnamcakanyan (hal-hazırda Ermənistanın İctimai Televiziyasının aparıcısıdır) Moskva studiyasında əyləşən diaspor rəhbərinə onların fəaliyyətinin zəif olmasının səbəblərini soruşdu. Cavab isə belə oldu: “İşlərimiz ona görə lazımi səviyyədə deyil ki, Azərbaycanın Heydər Əliyev Fondu bizə imkan vermir. Fondun rəhbəri Mehriban Əliyevanın dəstəyi ilə Moskvanın bütün mağaza və kiosklarında, kitabxana və mədəniyyət mərkəzlərində Azərbaycanı təbliğ edən bukletlər, jurnallar və.s təbliğat vəsaitləri bizimkindən qat-qat üstündür. Təbii ki, belə olan halda Azərbaycan diasporu daha güclüdür”.
Modern.az üçün