Modern.az

Sabahın havası - Yağış, dolu, 29 dərəcə isti...

Sabahın havası - Yağış, dolu, 29 dərəcə isti...

27 Aprel 2023, 12:28

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək.

 

Havanın temperaturu gecə 11-15° isti, gündüz 20-25° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 759 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin gündüz bəzi qərb rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 11-16° isti, gündüz 24-29° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacaq.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı