Modern.az

Bakıda \"Bilişim Vadisi\" açıldı - YENİLƏNİB

Bakıda \

3 May 2023, 12:38

Bakıda "Bilişim Vadisi" açılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin rəsmi tviter səhifəsində məlumat yayılıb.

 

"Sənaye və texnologiya nazirimiz Mustafa Varank tərəfindən açılışı gerçəkləşdirilən "Bilişim Vadisi"nin Bakı, İzmir və İstanbul şöbələri ilə Türkiyə və Azərbaycan arasında "Meqatexnologiya Koridoru" həyata keçib. Uğurlu olsun", - deyə qeyd olunub.

 

 

***

01.05.2023 / 13:27

 

Türkiyənin Sənaye və Texnologiya Nazirliyi "Bilişim Vadisi"nin açılış mərasimi ilə bağlı məlumat yayıb.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, məlumatda "Bilişim Vadisi"nin 3 şəhərdə açılacağı qeyd olunub.

 

Belə ki, "Bilişim Vadisi" İstanbul, İzmir və Bakıda açılacaq.

 

Açılış mərasiminin sabah baş tutacağı bildirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj